Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin əməkdaşları üçün gömrük güzəştləri genişləndirilir.
EDnews xəbər verir ki, bununla bağlı dəyişiklik Milli Məclisdə qəbul edilib.
Dəyişikliyə əsasən, diplomatik nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri şəxsi istifadə üçün nəzərdə tutulan malları, eləcə də nəqliyyat vasitələrini gömrük rüsumu və vergilər ödəmədən Azərbaycana gətirə və ölkədən apara biləcəklər.
Yeni qaydanın diplomatik nümayəndəlik əməkdaşlarının fəaliyyət şəraitinin daha da sadələşdirilməsinə xidmət etdiyi bildirilir.







