İngiltərənin Kembricşir qraflığındakı zooparkların birində üçyaşlı uşaq timsahların saxlanıldığı volyerə atılaraq xəsarət alıb.
EDnews TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Hadisə gündüz saatlarında Hantinqdonşir şəhərciyindəki özəl zooparkda baş verib. Uşaq ağır, lakin stabil vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla əlaqədar Norfolk qraflığının 30 yaşlı sakini saxlanılıb. O, qəsdən adam öldürməyə cəhddə şübhəli bilinir.
"Biz saxlanılan şəxslə uşağın bir-birini tanıdığını düşünmürük", - deyə polis müfəttişinin müavini Veriti Makkən bildirib. İstintaq maraqları naminə hadisənin digər təfərrüatları hələlik açıqlanmır.
.jpeg)
.jpeg)







