Prezident Azərbaycan və Dağıstan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinin bütün Qafqaz regionunun davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
EDnews xəbər verir ki, dövlət başçısı bu barədə çıxışında danışıb.
Prezident otağında saxlanılan heykəlin xüsusi tarixi mənası olduğunu qeyd edib. Onun sözlərinə görə, həmin heykəl vaxtilə Mahaçqalada Əziz Əliyevin kabinetində olub:
“Mənim otağımda heykəl var. Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub. Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar”.
Dövlət başçısı bildirib ki, onun nə bu otağında, nə də digər iş kabinetlərində başqa heç bir heykəl yoxdur:
“Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların tarixi yaddaşında yaşayan babamın yadigarıdır”.
Prezident vurğulayıb ki, Azərbaycan və Dağıstan xalqlarını birləşdirən ortaq dəyərlər çoxdur:
“Beləliklə, bizim ortaq cəhətlərimiz çoxdur və bir daha demək istəyirəm: Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi bir çox hallarda bütün Qafqaz regionunun davamlı inkişafından asılıdır”.







