Azərbaycan Respublikasının Portuqaliya Respublikasında səfirliyi təsis edilib.
EDnews xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb və qəbul edilib.
Yeni diplomatik nümayəndəliyin yaradılması Azərbaycan ilə Portuqaliya arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edəcək.
Səfirliyin fəaliyyəti iki ölkə arasında diplomatik təmasların genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və əməkdaşlıq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

.jpeg)





