Rusiyanın paytaxtı Moskvada yerləşən tibb mərkəzlərindən birinin dondurucu kamerasında beş insan başı aşkarlanıb.
EDnews xəbər verir ki, polietilen paketlərə yerləşdirilmiş insan başları soyuducu kamerada saxlanılıb. Tapıntı aşkar edildikdən sonra onlar əlavə ekspertiza və araşdırmaların aparılması üçün morqa göndərilib.
Hazırda insan başlarının tibb mərkəzində hansı şəraitdə və hansı məqsədlə saxlanıldığı araşdırılır. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.







