Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.
EDnews xəbər verir ki, Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında növbəti əsir mübadiləsi baş tutub.
Məlumata görə, tərəflər qarşılıqlı razılaşma əsasında hər biri 160 nəfər olmaqla əsirləri bir-birinə təhvil veriblər.
Əsir mübadiləsinin hansı formatda və hansı vasitəçilərin iştirakı ilə həyata keçirildiyi barədə əlavə məlumat verilməyib.







