Avropa Yaşıllar Partiyası qitənin böyük bir hissəsini bürüyən isti hava dalğası səbəbindən Avropa Birliyi dövlət və hökumət başçılarının təcili zirvə toplantısını çağırıb.
EDnews xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Partiya nümayəndələri bildiriblər ki, Aİ liderləri əhalinin ekstremal temperaturdan qorunmasının gücləndirilməsi və blokun iqlim siyasətinin gücləndirilməsi məsələlərini təcili olaraq müzakirə etməlidirlər.
Qeyd edək ki, bu həftə Qərbi Avropa ölkələri rekord dərəcədə isti ilə üzləşib. Bir neçə ölkədə temperatur 40 dərəcə Selsiyə yaxınlaşıb və hətta onu keçdi. Gecələrin yüksək temperaturu xüsusilə narahatlıq doğurur və sağlamlıq risklərini artırır. Sinoptiklər yaxın günlərdə isti dalğasının Şərqi Avropaya, xüsusən də Polşaya doğru keçəcəyini proqnozlaşdırırlar.
Yaşıllar vurğulayıb ki, iqlim dəyişikliyi səbəbindən ekstremal hava hadisələri getdikcə daha tez-tez və intensivləşir. Eyni zamanda, partiya Aİ-nin iqtisadi rəqabət qabiliyyətini qorumağa yönəlmiş Avropa Yaşıl Sazişinin müəyyən elementlərini zəiflətmək üçün son addımlarını tənqid edib.
Avropada isti hava dalğası səbəbindən artıq ciddi nəticələr qeydə alınıb. Fransada yüksək temperatur səbəbindən minlərlə məktəb bağlanıb, İtaliya və İspaniyada isə isti hava ilə bağlı ölüm halları qeydə alınıb. Hava şəraiti nəqliyyat və enerji infrastrukturunda problemlər yaradır.
Xatırladaq ki, Avropa Şurasının sonuncu zirvə görüşü 18-19 iyun tarixlərində Brüsseldə keçirilib. Həddindən artıq istilər və iqlim dəyişikliyinə uyğunlaşma əsas gündəm məsələləri arasında olmayıb.








