Rusiya Ermənistandan balıq idxalına qoyulan məhdudiyyətləri genişləndirib.
EDnews xəbər verir ki, bu barədə "TASS" yazıb.
Agentlik bildirib ki, Ermənistan tərəfindən yoxlamada birbaşa iştirak edən müəssisələr - "MF Export" MMC və "Invest Plu"s MMC istisna olmaqla, bütün balıq məhsullarının sertifikatlaşdırılmasını dayandırmağı xahiş edib.
Xatırladaq ki, Rusiya 30 maydan etibarən Ermənistandan müəyyən növ giləmeyvə və təzə tərəvəzlərin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Aytac | EDnews








