Ermənistanda yeni prezident parlamentin hazırkı sədri Alen Simonyan ola bilər.
EDnews xəbər verir ki, bu barədə "Jogovurd" qəzeti yazıb.
Qeyd olunub ki, hazırkı spikerin tərəfdarları Simonyanın Ermənistan prezidentliyinə və ya İrəvan meri vəzifəsinə hazırlandığı barədə şayiə yaymağa çalışırlar. Lakin qəzet yazır ki, hələlik bu şayiələrin heç bir siyasi əsası yoxdur.
Həmçinin bildirilib ki, vitse-spiker Ruben Rubinyanın Ermənistan Parlamentinin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi qərarı təsadüfi deyil. Bu qərar hakim Vətəndaş Müqaviləsi Partiyasında hazırkı spiker Alen Simonyana qarşı narazılıqdan irəli gəlib.
Spiker vəzifəsinə namizədlərin irəli sürülməsi ilə bağlı səsvermə zamanı Alen Simonyan iyirmi nəfərdən yalnız beşinin səsini alıb.
Xatırlada ki, daha əvvəl media orqanları hazırkı prezident Vaaqn Xaçaturyanın səhhəti ilə bağlı müzakirələr aparıldığını və onun 2029-cu ildə səlahiyyət müddəti bitməmişdən əvvəl vəzifəsindən gedə biləcəyinin mümkünlüyünü bildirmişdi.
Bu müzakirələr fonunda dövlət başçısı vəzifəsinə potensial namizədlər artıq ortaya çıxıb. Onların arasında hökumət aparatının rəhbəri Araik Harutyunyan, parlamentin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan da var.
Aytac | EDnews








