Neftçi PFK baş məşqçi Yuri Vernydub ilə müqavilənin müddətini uzadıb.
EDnews xəbər verir ki, klubun yaydığı məlumata görə, yeni razılaşmaya əsasən, Yuri Vernidub 2028-ci ilin yayına qədər komandanın baş məşqçisi vəzifəsində çalışacaq.
Qeyd edək ki, ukraynalı mütəxəssis bundan sonra da paytaxt təmsilçisinin uğurları üçün fəaliyyətini davam etdirəcək.







