İran prezidentinin müşaviri İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş keçirib.
EDnews xəbər verir ki, görüş zamanı əsas müzakirə mövzusu TRİPP layihəsi olub. Tərəflər layihənin perspektivləri, regional əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin İran-Ermənistan münasibətlərinin gündəliyində duran məsələlərin də müzakirə edildiyi bildirilir.






