Bu həftənin çərşənbə axşamından etibarən Hörmüz boğazından ümumilikdə 115 gəmi təxliyə olunub.
EDnews xəbər verir ki, (IMO) təxminən 2 500 dənizçinin təhlükəsiz ərazilərə köçürüldüyünü açıqlayıb.
Bildirilib ki, gəmilərdən birinə edilən hücumdan sonra təxliyə əməliyyatları müvəqqəti dayandırılıb. Təşkilat rəhbərliyi təhlükəsizlik vəziyyəti yaxşılaşdıqdan və dəniz nəqliyyatının təhlükəsizliyi təmin edildikdən sonra əməliyyatların bərpa olunacağını qeyd edib.






