Livan Prezidenti Joseph Aoun İsraillə əldə olunan razılaşmanı alqışlayıb.
EDnews xəbər verir ki, Aoun bildirib ki, çərçivə sazişi Livanın öz ərazisi üzərində suverenliyinin bərpası istiqamətində atılan ilk addımdır.
Prezidentin sözlərinə görə, razılaşma həmçinin məcburi köçkünlərin dövlət nəzarəti altında öz yaşayış yerlərinə qayıtması üçün yol aça bilər.
Qeyd olunur ki, əldə olunan razılaşma regionda sabitliyin təmin olunması və təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.






