ABŞ hərbi qüvvələri Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib.
EDnews xəbər verir ki, bu barədə jurnalist Barak Ravid məlumatlı mənbəyə istinadən "X" sosial şəbəkəsində paylaşım edib.
"ABŞ rəsmisi mənə bildirib ki, ABŞ ordusu Hörmüz boğazında zərbələr endirib", - deyə o qeyd edib.
Daha sonra Ravid başqa bir paylaşımında zərbələrin İranla əlaqəli hədəflərə yönəldiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trump İranı atəşkəsi pozmaqda ittiham etmişdi.







