Rusiya Silahlı Qüvvələrinə məxsus "Geran" pilotsuz uçuş aparatlarının Ukraynanın Zaporojye vilayətində yerləşən strateji yanacaq mərkəzinə zərbələr endirdiyi bildirilir.
EDnews xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücum Rusiya ordusuna məxsus "Geran" PUA-ları vasitəsilə həyata keçirilib. Nazirlik zərbələr nəticəsində hədəfin vurulduğunu açıqlayıb.
Hücum nəticəsində dəyən zərərin miqyası və mümkün itkilərlə bağlı hələlik əlavə məlumat verilməyib.
Ukrayna tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.






