Azərbaycan və Ermənistan şirkətləri arasında Ermənistanın beynəlxalq internet bağlantısının Azərbaycan üzərindən təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalanıb.
EDnews xəbər verir ki, razılaşma çərçivəsində “AzerTelecom” Ermənistan istiqamətində internet trafikinin tranzitini həyata keçirəcək.
Müqavilələrə əsasən, Azərbaycan ərazisindən keçəcək internet trafiki Ermənistanın beynəlxalq bağlantısının təmin olunmasına xidmət edəcək.
Bu addım regionda rəqəmsal infrastruktur və telekommunikasiya sahəsində əməkdaşlıq baxımından diqqət çəkən yenilik kimi qiymətləndirilir.








