Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan növbəti köç karvanı təyinat məntəqəsinə çatıb.
EDnews xəbər verir ki, ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də həmin rayonlarda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları tərəfindən qarşılanıblar.
Bu mərhələdə Şükürbəyli kəndinə ümumilikdə 89 nəfərdən ibarət daha 20 ailənin daimi qayıdışı təmin olunub.
Qeyd edək ki, köçürülən ailələr uzun illər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.







