Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
EDnews xəbər verir ki, nazirlik Bakıda və Abşeron yarımadasında küləkli havada dənizə girməyin təhlükəli olduğunu bildirib.
FHN əhalini, xüsusilə çimərliklərə üz tutan vətəndaşları ehtiyatlı olmağa, hava şəraitini nəzərə almağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Qurum küləkli havada dənizdə dalğalanmanın güclənə biləcəyini, bunun isə insan həyatı üçün təhlükə yaratdığını qeyd edib.







