Pakistan Baş naziri Şahbaz Şərif və Silahlı Qüvvələrin Baş komandanı, eyni zamanda Quru Qoşunlarının komandanı feldmarşal Asim Munir ABŞ–İran danışıqlarında iştirak etmək üçün İsveçrənin Bürgenştok şəhərindədirlər.
EDnews xəbər verir ki, ABŞ və İran nümayəndə heyətləri də danışıqlar aparmaq məqsədilə İsveçrəyə gəliblər.
Görüşün əsas müzakirə mövzusunun Vaşinqton və Tehran arasında münasibətlərin tənzimlənməsi, həmçinin regionda gərginliyin azaldılması olduğu bildirilir.








