Qəbələ rayonunda ağır yol qəzası qeydə alınıb.
EDnews xəbər verir ki, hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, Rabil Abdullayev idarə etdiyi VAZ-2106 markalı avtomobillə 16 yaşlı Yusif Əhmədlini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.







