Böyük Britaniyanın Baş naziri Kir Starmerin vəzifəsindən istefa verməyə hazırlaşdığı iddia olunur.
EDnews xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Nəşrin məlumatına görə, Starmerin istefa qərarı Leyboristlər Partiyası daxilində artan təzyiqlərlə bağlı ola bilər. Bildirilir ki, partiya daxilində bəzi dairələr onun postundan getməsini və yeni liderlik prosesinin başlanmasını istəyir.
Reuters isə yazır ki, Starmerin istefa verə biləcəyi barədə xəbərlər yayılsa da, hökumətə yaxın mənbə onun hələ də vəzifəsinin icrasına fokuslandığını bildirib.
Qeyd olunur ki, Starmerin mümkün istefası ilə bağlı rəsmi açıqlama hələlik verilməyib.








