Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Moskva vilayətində yerləşən “Dubna” kosmik rabitə mərkəzinə zərbə endirib.
EDnews xəbər verir ki, hücum nəticəsində obyektə dəyən zərərin miqyası və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, son aylarda Rusiya və Ukrayna arasında pilotsuz uçuş aparatlarından istifadə ilə həyata keçirilən qarşılıqlı hücumların intensivliyi artıb.






