“Qarabağ”ın futbolçusu Marko Yankoviç komandanı tərk edib.
EDnews Prosport.az-a istinadən xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi Türkiyə Super Liqasına vəsiqə qazanan “Çorum” klubuna transfer olunub.
30 yaşlı futbolçu ilə “2+1” illik müqavilə imzalanıb. Yankoviçin “Qarabağ” və “Zirə” arasında keçirilən yoxlama oyununda iştirak etməməsinin də bu transferlə bağlı olduğu bildirilir.
Məlumata görə, “Çorum” 2027-ci ilin yayına qədər “Qarabağ”la müqaviləsi olan futbolçu üçün Azərbaycan klubuna transfer məbləği ödəyib.
Qeyd edək ki, “Çorum”da “Qarabağ”ın sabiq bosniyalı qapıçısı İbrahim Şehiç də çıxış edir.
Monteneqro millisinin üzvü olan, həmçinin Serbiya vətəndaşlığı da daşıyan Marko Yankoviç ötən mövsüm “Qarabağ”ın heyətində 44 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ilin yayında İsrailin “Hapoel” klubundan “Qarabağ”a transfer olunmuşdu.
“Qarabağ” artıq bu mövqe üçün portuqaliyalı mərkəz yarımmüdafiəçisi Samuel Lobatunu heyətinə qatıb.
Bildirilib ki, Leandro Andradenin də Ukraynanın “Polissye” klubuna keçəcəyi gözlənilir. Bundan başqa, Kamilo Duranın Şotlandiyanın “Seltik” klubunun maraq dairəsində olduğu qeyd edilir.







