Ermənistanda 2,1 maqnitudalı zəlzələ qeydə alınıb.
EDnews xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” ölkənin Xilasetmə Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri İcevan şəhərindən 20 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentrdə intensivliyi 2-3 bal təşkil edib.
Təkanlar Tavuş vilayətində-İcevan, Noyemberyan şəhərlərində, həmçinin Koxb, Açacur və Voskepar kəndlərində hiss olunub.
Həmin ərazilərdə də zəlzələnin intensivliyi 2-3 bal olub.







