Bu gün Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
EDnews xəbər verir ki, “Azərişıq”dan verilən məlumata görə, iyunun 22-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən Transformator Məntəqəsində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Mikayıl Müşfiq küçəsi, Mətbuat və Parlament prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən Transformator Məntəqəsində də təmir-təftiş işləri görüləcək. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Şirin Mirzəyev və Əliağa Kürçaylı küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.







