Suraxanı rayonunda avtomobillərdən və evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
EDnews xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində silsilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı Təbriz Ağalarov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, rayon ərazisində müxtəlif vaxtlarda avtomobillərin şüşələrini sındıraraq salonlardan pul və digər qiymətli əşyalar oğurlayıb.
T.Ağalarovun həmçinin moped, eləcə də bir evdən elektrik naqilləri, işıqlandırma avadanlıqları və təmir alətləri oğurladığı müəyyən edilib.
Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.







