Kolumbiya Prezidenti Qustavo Petro ölkədə keçirilən prezident seçkilərinə xarici müdaxilə edildiyini iddia edib.
EDnews xəbər verir ki, Petro İsrailin seçki prosesinə müdaxilə etdiyini bildirib.
Onun sözlərinə görə, Milli Qeydiyyat İdarəsinə məxsus bəzi serverlərin IP ünvanlarında dəyişikliklərin aparıldığına dair sübutlar mövcuddur.
"Dünyada bunu həyata keçirmək imkanına malik yeganə qüvvə İsrail dövlətidir", – deyə Kolumbiya lideri vurğulayıb.
Qustavo Petro bütün seçki məntəqələrinin yenidən yoxlanılmasını və səslərin təkrar sayılmasını tələb etdiyini açıqlayıb.




.jpeg)


