Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerə təşəkkür edib.
EDnews xəbər verir ki, Zelenski çıxışı zamanı Starmeri Ukraynada hər zaman arzuolunan qonaq adlandırıb.
O, Böyük Britaniyanın Ukraynaya göstərdiyi dəstəyə və iki ölkə arasında əməkdaşlığa görə minnətdarlığını ifadə edib.
Zelenski bildirib ki, bu əməkdaşlıq və qəbul olunan birgə qərarlar həm Ukraynanın, həm də Avropanın təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.
“Bütün əməkdaşlığımıza, dəstəyinizə və Avropamızı, eləcə də insan həyatının qorunmasını daha güclü edən birgə qərarlara görə təşəkkür edirəm”, – deyə o qeyd edib.







