Serbiya Prezidenti Aleksandr Vuçiç 21-ci Ümumdünya İqtisadçılar Konqresində çıxış edərək Avropanın iqtisadi baxımdan ABŞ və Çinlə müqayisədə geri qaldığını bildirib.
EDnews xəbər verir ki, Vuçiç Avropa ölkələrini təcili islahatlar aparmağa və bürokratik əngəlləri azaltmağa çağırıb.
Onun sözlərinə görə, köklü dəyişikliklər həyata keçirilməzsə, Avropa ilə ABŞ və Çin arasındakı iqtisadi fərq daha da artacaq.
Prezident vurğulayıb ki, qlobal iqtisadi rəqabətdə mövqelərin qorunması üçün Avropa daha çevik və səmərəli idarəetmə sisteminə keçməlidir.







