Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
EDnews xəbər verir ki, təbrik məktubu Azərbaycanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə ünvanlanıb.
Məktubda Vyetnam dövləti və xalqı adından Prezident İlham Əliyevə və Azərbaycan xalqına ən səmimi təbriklər çatdırılıb, ölkələr arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
Qeyd olunub ki, Azərbaycan və Vyetnam arasında əlaqələr davamlı şəkildə möhkəmlənir və bu əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyi, xalqların rifahına və beynəlxalq sülhə töhfə verəcəyi vurğulanıb.
Eyni zamanda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzulanıb, iki tərəf arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.







