Yaxın günlərdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin (“Piramida” tərəf) yaxınlığında yol hərəkət istiqamətlərində dəyişikliklər ediləcək.
EDnews xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, dəyişikliklər yol hərəkətinin daha səmərəli təşkili və nəqliyyat axınının optimallaşdırılması məqsədilə həyata keçiriləcək.
Sürücülərdən yeni hərəkət qaydalarına diqqət etmələri və müvəqqəti dəyişiklikləri nəzərə almaları xahiş olunur.







