İranın cənubunda yerləşən Sirik bölgəsində silsilə partlayışlar qeydə alınıb.
EDnews xəbər verir ki, bu barədə İranın dövlət televiziyası – (IRIB) məlumat yayıb.
Bildirilir ki, partlayışların mənbəyi və başvermə səbəbi hələlik müəyyən edilməyib.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib. Araşdırmalar davam edir.






