Ankarada keçiriləcək NATO Zirvəsi öncəsi şəhərdə nəqliyyatın hərəkətinə dair xüsusi tənzimləmələr həyata keçirilib.
EDnews xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində paytaxtın bəzi yolları müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.
Bununla yanaşı, zirvə müddətində iki metro stansiyasında sərnişinlərin eniş və minişinə icazə verilməyəcək. Məhdudiyyətlərin tədbirin təhlükəsiz və fasiləsiz keçirilməsini təmin etmək məqsədi daşıdığı bildirilib.
Sakinlərə və sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunub.





