İtaliyanın Ravenna FC klubu əfsanəvi braziliyalı futbolçu Ronaldinyo ilə müqavilə imzaladığını rəsmən açıqlayıb.
EDnews xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 46 yaşlı Ronaldinyonun "Ravenna"nın futbolçusu kimi təqdimatı Mayami şəhərində baş tutub.
Bununla da, Ronaldinyo 2018-ci ildə başa vurduğu peşəkar futbol karyerasını yenidən bərpa edib.
Qeyd edək ki, "Ravenna" hazırda İtaliyanın üçüncü divizionu olan Ç Seriyasında çıxış edir.







