“Qarabağ”dan ayrılan qapıçı Fabian Buntiç karyerasını Portuqaliyada davam etdirəcək.
EDnews xəbər verir ki, xorvatiyalı qolkiper Portuqaliyanın “Farense” klubu ilə müqavilə imzalayıb.
Beləliklə, Buntiç yeni mövsümdən etibarən Portuqaliya çempionatında çıxış edəcək.
Qeyd edək ki, Fabian Buntiç ötən günlərdə Azərbaycan çempionu “Qarabağ”la yollarını ayırmışdı.







