Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ administrasiyasının Ukrayna nizamlanması məsələsinə yönəldiyi barədə fikirlərlə razı olmadığını bildirib.
EDnews xəbər verir ki, Sergey Ryabkov bu barədə "Primakov oxuları" beynəlxalq elmi-ekspert forumu çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla bağlı münaqişənin ikinci plana keçdiyini, Vaşinqtonun diqqətini indi Ukrayna nizamlanmasına yönəldəcəyini bəyan etmişdi.
Ryabkov isə bu açıqlamaya münasibət bildirərək, ABŞ administrasiyasının Ukrayna məsələsinə keçid etdiyini müşahidə etmədiklərini qeyd edib.
"Mən onların hansı mənada Ukraynaya yönəldiyini tam başa düşmürəm. Biz, əlbəttə, Prezident Donald Trampın bütün açıqlamalarını, eləcə də ABŞ administrasiyasının digər nümayəndələrinin bəyanatlarını diqqətlə izləyir və təhlil edirik. Lakin sizi məyus etməliyəm: biz tam əks mənzərə görürük", - deyə Ryabkov vurğulayıb.






