İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) yeni müavin təyin edilib.
EDnews “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu vəzifəyə Hüseyn Əliyev gətirilib. O, bundan əvvəl Xidmət rəisi Mətin Eynullayevin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, ƏMDX rəhbərinin digər müavini Rüstəm Şahbazovdur.
Yeni təyinat barədə ilk məlumat tərəfindən yayımlanıb.








