Qaradağ rayonu ərazisində evlərdən birinin qarşısından 2 ədəd moped oğurlanıb.
EDnews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Qədirov və H.Baxşıyev müəyyən olunaraq saxlanılıblar.
Keçirilən digər tədbir zamanı isə Sabunçu rayonu ərazisində həyətlərdən birindən su nasosları oğurlamaqda şübhəli bilinən 25 yaşlı L.Miraşiçenko da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.






