Qanalı şaman Nana Kvaku Bonsam İngiltərə yığmasının hücumçusu Harri Keynə qarşı “lənət” iddiası ilə gündəmə gəlib.
EDnews xəbər verir ki, o, İngiltərənin bu gün keçiriləcək matçından əvvəl Keyni hədəf aldığını bildirib.
Şamanın sözlərinə görə, o, futbolçunun oyuna təsirini azaltmaq üçün xüsusi “ritual” üzərində çalışır.
“Keyn üzərində çalışıram. Daha əvvəl nələr bacardığımı göstərmişəm. İndi də Keyni dayandırmaq istəyirəm. Nə etməli olduğumu bilirəm. Keynə ciddi zədə arzulamamışam, sadəcə bizimlə matçda oynaya bilməsin, bəsdir”, - deyə o bildirib.
Qeyd edək ki, Nana Kvaku Bonsam daha əvvəl də futbol dünyası ilə bağlı oxşar açıqlamaları ilə diqqət çəkib.







