Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub.
EDnews xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gün Avstriyanın paytaxtı Vyanaya səfərim var idi. Səfər çərçivəsində Azərbaycanın iqtidar və müxalifət nümayəndələrinin, eləcə də Milli Məclis üzvlərinin iştirakı ilə Cənubi Qafqaz regionuna dair məsələlərin müzakirə olunacağı tədbirdə iştirak etməsi nəzərdə tutulurdu. Lakin hava limanının sərhəd nəzarəti mənə ölkədən çıxışıma qadağa qoyulduğu bildirdi. Qadağanın hansı qurum tərəfindən, hansı səbəbə görə qoyulduğunu araşdırmaq cəhdlərim nəticəsiz qaldı", - deyə o paylaşımda qeyd edib.







