İran və Oman Hörmüz boğazından keçidlə bağlı ödəniş mexanizmi üzrə ilkin razılığa gəlib.
EDnews xəbər verir ki, KİV-in məlumatına görə, tərəflər 60 gün müddətində boğazdan keçid üçün tətbiq olunacaq ödənişin əsas prinsiplərini və həcmini müəyyən ediblər.
Məlumata əsasən, razılaşma Hörmüz boğazı vasitəsilə dəniz daşımalarının tənzimlənməsi və tranzit qaydalarının yeni mərhələyə keçidini nəzərdə tutur.
Sazişin icrası və detalları ilə bağlı yekun qərarların növbəti mərhələdə rəsmiləşdiriləcəyi bildirilir.






