Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid edir.
EDnews xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, bunu Brüsseldə xarici jurnalistlər üçün keçirdiyi brifinqdə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
Onun sözlərinə görə, sərhədlərin açılması Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiya arasında əsas əlaqələndirici körpülərdən birinə çevrilməsinə imkan verəcək.
Kostanyan qeyd edib ki, regional kommunikasiyaların bərpası və nəqliyyat əlaqələrinin genişlənməsi həm iqtisadi əməkdaşlığın inkişafına, həm də bölgədə sabitliyin möhkəmlənməsinə töhfə verə bilər.
.jpg)





