Futbol üzrə dünya çempionatında Fransa İraq millisini məğlub edib.
EDnews-un məlumatına görə, Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar 3:0 hesabı ilə qələbə qazanıblar.
Fransanın heyətində Kilian Mbappe (14, 54) dublla yadda qalıb. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub.
Qeyd edək ki, matçın ilk hissəsi başa çatdıqdan sonra uzun fasilə yaranıb. Qarşılaşmanın ikinci hissəsinin startı şiddətli yağış və ildırım səbəbindən təxminən 2 saata yaxın ləngiyib. Yağışın şiddəti azaldıqdan sonra matç yenidən davam etdirilib.
04:23
Futbol üzrə dünya çempionatının Fransa - İraq oyununda üçüncü qol vurulub.
Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabdakı üstünlüklərini artırıblar - 3:0.
66-cı dəqiqədə Usman Dembele fərqlənib.
04:11
Futbol üzrə dünya çempionatının Fransa - İraq oyununda ikinci qol vurulub.
Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabdakı üstünlüklərini artırıblar - 2:0.
54-cü dəqiqədə Kilian Mbappe dubl edib.
04:01
Futbol üzrə dünya çempionatında Fransa - İraq oyununun ikinci hissəsi 2 saata yaxın fasilədən sonra başlayıb.
Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabda öndədirlər - 1:0.
14-cü dəqiqədə Kilian Mbappe adını tabloya yazdırıb.
Qeyd edək ki, qarşılaşmanın ikinci hissəsinin startı şiddətli yağış və ildırım səbəbindən təxminən 2 saata yaxın ləngiyib. Yağışın şiddəti azaldıqdan sonra matç yenidən davam etdirilib.
02:07
Futbol üzrə dünya çempionatının Fransa - İraq oyununda ikinci hissə təxirə salınıb.
Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabda öndədirlər - 1:0.
14-cü dəqiqədə Kilian Mbappe adını tabloya yazdırıb.
Qarşılaşmanın ikinci hissəsi şiddətli yağış və ildırım səbəbindən başlamayıb. Matçda təxmini 30 dəqiqəlik fasilə elan edilib. Yağışın şiddəti azaldıqdan sonra matçın yenidən davam etməsi planlaşdırılır. İldırım təhlükəsinə görə azarkeşlərdən tribunaları tərk etmələri xahiş olunub.
01:50
Futbol üzrə dünya çempionatının Fransa - İraq oyununda ilk hissə yekunlaşıb.
Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabda öndədirlər - 1:0.
14-cü dəqiqədə Kilian Mbappe adını tabloya yazdırıb.
01:17
Futbol üzrə dünya çempionatının Fransa - İraq oyununda ilk qol vurulub.
Filadelfiya stadionunda keçirilən I qrupunun II turunun matçında avropalılar hesabı açıblar - 1:0.
14-cü dəqiqədə Kilian Mbappe adını tabloya yazdırıb.
01:01
Futbol üzrə dünya çempionatının Fransa - İraq oyunu başlayıb.
I qrupunun II turunun matçı Filadelfiya stadionunda keçirilir.
Qarşılaşmanı kanadalı FIFA referisi Dryu Fişer idarə edir.







