Konfrans Liqasına hazırlaşan “Zirə” növbəti transferini reallaşdırmağa yaxındır.
EDnews xəbər verir ki, “Futbolinfo.az”ın yaydığı məlumata görə, paytaxt təmsilçisi Azərbaycan millisinin üzvü Ayxan Hüseynovla razılıq əldə edib.
Bildirilib ki, tərəflər arasında müqavilənin bu gün imzalanması gözlənilir.
Qeyd edək ki, Ayxan Hüseynov ötən mövsüm “Turan Tovuz”un formasını geyinib.







