Pakistanın baş naziri Şahbaz Şərif İranın ballistik raket proqramının ABŞ ilə aparılan danışıqlarda müzakirə mövzusu olmadığını bildirib.
EDnews xəbər verir ki, Şərif bu açıqlamanı regiondakı təhlükəsizlik və nüvə danışıqları fonunda səsləndirib.
O qeyd edib ki, “ikiqat standartlara yol verilməməlidir” və bəzi ölkələrin ballistik raketlərə sahib olduğu halda İranın bu imkanlardan məhrum edilməsinin ədalətsiz yanaşma olduğunu vurğulayıb.
Baş nazirin sözlərinə görə, İranın raket proqramı hazırda ABŞ ilə aparılan müzakirələrin gündəliyində yer almır.
Şərif əlavə edib ki, regionda balanslı təhlükəsizlik yanaşması vacibdir və bütün tərəflər üçün eyni qaydalar tətbiq olunmalıdır.
.jpg)






