Oman mediası Hörmüz boğazından keçən gəmilərlə bağlı yeni tələblər barədə məlumat yayıb.
EDnews xəbər verir ki, Oman KİV-lərinə istinadən bildirilir ki, boğazdan keçmək istəyən gəmilər bundan sonra Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə koordinasiya aparmalıdır.
Məlumata görə, bu addım Hörmüz boğazında təhlükəsizliyin və dəniz nəqliyyatının səmərəli idarə olunmasının təmin edilməsinə yönəlib.
Qeyd edilib ki, qaydaların tətbiqi regionda artan gərginlik və dəniz hərəkətliliyinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda gündəmə gəlib.


.jpg)



