Fransa millisinin baş məşqçisi Didye Deşam ağır itki ilə üzləşib.
EDnews xəbər verir ki, mütəxəssisin anası Ginette Deşam vəfat edib.
Didye Deşam anası ilə vidalaşmaq üçün Fransaya yollanacaq.
İnsayder Fabritsio Romanonun məlumatına əsasən, Fransa millisinin baş məşqçisi DÇ-2026-nın qrup mərhələsinin son turunda Norveçə qarşı keçiriləcək oyunda komandasının yanında olmayacaq.
Qeyd edək ki, Didye Deşam uzun illərdir Fransa milli komandasına rəhbərlik edir.







