Naxçıvanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
EDnews xəbər verir ki, bu barədə "Report"un yerli bürosu məlumat yayıb.
Bildirilib ki, qəza Babək rayonunun Uzunoba kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili ilə "Hyundai" markalı avtobus toqquşub.
Hadisə nəticəsində 2007-ci il təvəllüdlü Kənan Babək oğlu Rüstəmov, 2006-cı il təvəllüdlü Kamran Vüqar oğlu Sadıqov və 1963-cü il təvəllüdlü Tamara Yusif qızı Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.






