Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Ziya Əfsərov vəzifəsindən azad olunub.
EDnews xəbər verir ki, bu barədə Qaynarinfo məlumat yayıb.
Məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı müvafiq əmr imzalayıb.
Bildirilib ki, Abdulla Abdullayev Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis əvəzi təyin edilib.
FHN-dən Qaynarinfo-ya verilən məlumata əsasən, Ziya Əfsərov bir müddət əvvəl vəzifəsindən azad olunub.
Qeyd edək ki, polkovnik Ziya Əfsərov 2020-ci ildən Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışırdı.






