Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ və Rusiya rəsmiləri arasında telefon danışıqlarının qısa müddətdə təşkil oluna biləcəyini bildirib.
EDnews xəbər verir ki, Ryabkov bu barədə “İzvestiya” qəzetinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon əlaqəsi “çox qısa zamanda” qurula bilər.
Ryabkov qeyd edib ki, belə təmaslar əvvəllər də olub və Tramp administrasiyası dövründə həm telefon, həm də üz-üzə görüşlər keçirilib.
O əlavə edib ki, hazırda konkret qrafik yoxdur, lakin bu məsələyə siyasi məna yükləmək doğru deyil: “Bu, sırf işgüzar xarakterli məsələdir. Əlaqələr davam edəcək və buna şübhə yoxdur”.
.jpg)





